Kristian Horner haqlı çıxıb

Kristian Horner haqlı çıxıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının sabiq rəhbəri Kristian Hornerın illər əvvəl 2026-cı il mühərrik qaydaları ilə bağlı etdiyi xəbərdarlıqların haqlı çıxdığı iddia olunub.

Horner 2023-cü ildə yeni nəsil Formula 1 qaydaları formalaşdırılarkən texniki reqlamentlərin “texnoloji bir Frankenstein” yarada biləcəyini söyləmişdi.

Onun fikrincə, güc qurğusundakı radikal dəyişikliklər nəzarət altına alınmasa, komandalar şassi inkişafında ciddi güzəştlərə getməli olacaqdılar.

2026-cı il bolidləri indiyədək vizual baxımdan maraqlı görünsə də, xüsusilə enerji idarəetməsi ilə bağlı hər tərəfdən ciddi tənqidlər alıb.

Hornerin ən çox diqqət çəkdiyi məqamlardan biri isə daxiliyanma mühərriyi ilə elektrik gücü arasındakı bölgünün 60/40 olması lazım gəldiyi idi.

Həmin dövrdə gələcək üçün təxminən 50/50-yə yaxın bölgü planlaşdırılırdı, lakin ortada hələ tam dəqiq qərar yox idi.

Horner və Red Bull komandasının pilotu Maks Ferstappen xüsusilə uzun düzlükdə elektrik enerjisinin tez tükənməsi səbəbindən pilotların döngələrə çatarkən qazdan ayağını çəkməli ola biləcəyini proqnozlaşdırırdılar.

Lakin həmin vaxt əksər insanlar Hornerin fikirləri ilə razılaşmırdı. Xüsusilə Toto Volf və Mercedes tərəfi bu açıqlamalara isti yanaşmırdı.

Mercedes-in yeni güc qurğusu layihəsində rəqiblərinə qarşı üstün vəziyyətdə olduğu düşünülərkən, Red Bull-un ilk dəfə öz mühərriyini hazırladığı üçün qaydaları dəyişməyə çalışdığı iddia edilirdi.

Amma mövsüm başlayandan sonra başda Ferstappen olmaqla əksər pilotlar yeni güc qurğusundan narazı olduğunu açıq şəkildə dilə gətiriblər.

Bəhreyn testləri və Avstraliya, Çin, Yaponiya yarışlarından sonra xüsusilə enerji idarəetməsi problemləri və təhlükəsizlik narahatlıqları ciddi tənqid olunub.

Əksər pilotla yanaşı, McLaren komandasının rəhbəri Andrea Stella kimi şəxslər də dəyişiklik çağırışı etdilər.

FIA əvvəlcə Mayami Qran Prisi öncəsi bəzi kiçik düzəlişlər etdiyini açıqladı.

Lakin yarışdan sonra pilotlardan gələn rəylər bu dəyişikliklərin kifayət etmədiyini göstərdi.

Mayamidən sonra keçirilən yeni toplantının ardından FIA 2027-ci il mövsümü üçün daha köklü dəyişikliklərə gediləcəyini açıqlayıb. Yeni plana əsasən güc bölgüsü Hornerin illər əvvəl müdafiə etdiyi 60/40 faiz nisbətinə yaxınlaşdırılacaq.

2027-dən etibarən daxiliyanma mühərriyinin gücü üçün yanacaq axını artırılacaq, elektrik gücü isə 350 kW-dan 300 kW-a endiriləcək.

Beləliklə, Formula 1 rəhbərliyi illər əvvəl çox da ciddi qəbul edilməyən Hornerin xəbərdarlıqlarında dolayı yolla haqlı olduğunu qəbul etmiş olub.

Bunları da oxuyun

Şərh əlavə et