Alpine heyətini gücləndirir

Alpine heyətini gücləndirir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandası texniki heyətini gücləndirmək üçün FIA-da aerodinamika şöbəsinin rəhbəri vəzifəsində çalışmış Ceyson Somervill ilə müqavilə bağlamağa hazırlaşır.

Somervillin bu gün FIA-dakı son iş günü olub. O, bununla bağlı sosial şəbəkələrdə belə yazıb: “Bu gün FIA-da son iş günümdür. Bu inanılmaz maraqlı, gərgin və çətin keçən dörd ilə görə həmkarlarıma, texniki tərəfdaşlara, həmçinin FOM və Formula 1 komandalarının nümayəndələrinə böyük təşəkkür edirəm. Yeni səhifə artıq sabahdan başlayır”.

Racingnews365-in məlumatına görə, Somervillin “yeni səhifə” dedikdə nəzərdə tutduğu məhz Alpine ilə müqavilədir. Komandanın rəsmi açıqlamasının yaxın günlərdə, bəlkə də bu həftə verilməsi gözlənilir.

Ceyson Somervill FIA-ya keçməzdən əvvəl FOM-da çalışıb. O, 2017-ci ildə Williams-dan Formula One Management strukturuna qoşulmuşdu. Qrouv təmsilçisində isə altı il aerodinamika şöbəsinə rəhbərlik etmişdi.

Bunları da oxuyun

Şərh əlavə et