Alpine adını dəyişəcək?

Alpine adını dəyişəcək?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandasının 2027-ci il mövsümündən etibarən yeni bir adla yarışa çıxa biləcəyi iddia olunub.

GPBlog-un məlumatına görə, Fransanın Formula 1 təmsilçisi Alpine lüks moda markası Gucci ilə böyük bir titul sponsorluğu müqaviləsi imzalamağa hazırlaşır. Razılaşma baş tutarsa, komandanın yeni adının “Gucci Alpine Formula One Team” ola biləcəyi bildirilir.

Hazırda komandanın rəsmi adı BWT Alpine Formula One Team kimi qeyd olunur. Lakin mövcud titul sponsoru BWT-nin mövsüm sonunda müqaviləni bitirə biləcəyi ehtimal edilir.

Bu vəziyyət Alpine üçün yeni baş sponsor axtarışını gündəmə gətirərkən, ən güclü namizəd kimi Gucci ön plana çıxır.

Gucci-nin daxil olduğu Kering qrupunun CEO vəzifəsinə ötən il Luca de Meo gətirilib. De Meo əvvəllər uzun müddət Renault-un baş direktoru kimi çalışıb və Formula 1 layihəsinin əsas fiqurlarından biri olub. Bu səbəbdən Gucci ilə Alpine arasındakı əlaqənin təsadüfi olmadığı düşünülür.

Dünyanın ən böyük lüks brendlərindən biri olan Gucci-nin Formula 1-in xüsusilə ABŞ və Avropadakı artan populyarlığından faydalanmaq istədiyi bildirilir.

Razılaşmanın maliyyə detalları hələ məlum olmasa da, belə bir sponsorluğun Alpine-ə on milyonlarla dollar gəlir qazandıra biləcəyi ehtimal olunur.

Alpine isə yayılan iddialara qısa cavab verib: “Alpine Formula One Team daim yeni tərəfdaşlıq imkanlarını dəyərləndirir və potensial partnyorlarla görüşlər keçirir. Lakin bu görüşlər məxfi saxlanılır və yalnız bütün tərəflər razılığa gəldikdə açıqlanır”.

Bunları da oxuyun

Şərh əlavə et