Ferrari bu addımların qanuniliyini dəqiqləşdirmək üçün FIA-ya müraciət edib və Mayami Qran Prisindən əvvəl federasiya əsaslı səbəb olmadan bu rejimin istifadəsini qadağan edib.
The Race-in məlumatına görə, yenilənmiş texniki qaydalarda FIA MGU-K sisteminin fövqəladə rejimdə söndürülməsinə yalnız real nasazlıq halında icazə verir.
FIA bu qadağaya nəzarəti asanlıqla həyata keçirə biləcək. Belə ki, kvalifikasiyadan sonra telemetriya məlumatları analiz olunacaq və MGU-K-nın söndürüldüyü hallarda bunun həqiqətən texniki problem səbəbindən olub-olmadığı müəyyən ediləcək.




Şərh əlavə et