Xəbəri Kokpitdə Oxuyun!

Nürburqrindəki Pirelli testləri başlayıb

Pirelli Almaniyadakı Nürburqrinq trasında 2027-ci il mövsümü üçün nəzərdə tutulan təkər prototiplərinin iki günlük testlərinə start verib.

Plana əsasən, bu gün və sabah italyan istehsalçı McLaren və Mercedes komandaları ilə işləyəcək və sükan arxasına əsas pilotlar keçəcək. Bu qərar Pirelli mühəndislərinin istəyi ilə verilib, çünki əsas sürücülər yeni nəsil maşınların xüsusiyyətlərini test pilotlardan daha yaxşı anlayırlar və daha dolğun rəy verə bilirlər.

Bu gün üçün geniş test proqramı planlaşdırılıb və səhər ilk olaraq trasda McLaren sükanı arxasında Oskar Piastri görünüb. Daha sonra ona Mercedes-dən Corc Rassell qoşulub.

Rauf Hacıyev

Şərh əlavə et