Xəbəri Kokpitdə Oxuyun!

Red Bull və Honda anlaşıblar

Red Bull və Honda növbəti iki il üçün güc qurğularının tədarükünə dair müqavilə imzalayıb. Bu müqavilə Red Bull Racing və Racing Bulls komandalarını əhatə edir.

Söhbət əvvəlki nəsil güc qurğularından gedir. Komandalar bu mühərrikləri TPC (Testing of a Previous Car) proqramı çərçivəsində istifadə etməyi planlaşdırırlar. Bu proqram Formula 1 maşınları ilə məhdudiyyətsiz testlər keçirməyə imkan verir, şərt isə onların ən azı iki il köhnə olmasıdır.

2026-cı ildən etibarən Red Bull Racing və Racing Bulls Ford ilə birgə hazırlanmış yeni güc qurğularından istifadə edir. Lakin bu aqreqatlar köhnə bolidlərə uyğun olmadığı üçün komandalar əvvəlki təchizatçıları olan Honda ilə yenidən razılaşmalı olublar.

Danışıqlar ötən ilin dekabrından aparılırdı və tərəflər uzun müddət müqavilənin maliyyə şərtlərində razılığa gələ bilmirdilər. Lakin GPBlog-un məlumatına görə, razılaşma artıq əldə olunub və iki il müddətini əhatə edir.

2028-ci ildən isə komandalar artıq öz güc qurğularından istifadə edə biləcəklər, çünki həmin vaxt 2026-cı il bolidləri də TPC proqramına uyğun olacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et