Viana şəhərində keçirilən mətbuat konfransında bildirilib ki, 2025-ci ilin sonunda Red Bull-da idman məsləhətçisi vəzifəsindən ayrılan 82 yaşlı Helmut Marko artıq Avstriyadakı Red Bull Ring trasının tanıdılmasında aktiv rol oynayacaq.
Yeni vəzifəsi ilə bağlı danışan Helmut Marko bildirib: “Bu yeni rol məni çox xoşbəxt etdi
“Bu trasla bağlılığım çox qədimə dayanır. Yaşıma görə onun ilk illərini də görmüşəm – 1969, 1970 və ilk Qran-pri… Həmin dövrdə inanılmaz həyəcan var idi.
Red Bull-un geri dönüşü ilə hər şey yeni səviyyəyə qalxdı. Möhtəşəm təbiət, əla memarlıq, xüsusilə Günter Domeniq tərəfindən dizayn olunan pit binası. Tədbir isə tamaşaçı yönümlü şəkildə qurulub. Dünyanı gəzəndə buradakı işlərin nə qədər yüksək səviyyədə olduğunu daha yaxşı anlayırsan”.
Marko ən çox hansı avtoidman tədbirini gözlədiyi sualına tərəddüd etmədən MotoGP cavabını verib: “Trasın üçdə ikisi tribunlardan görünür. Bu, həqiqətən saf və sərt idmandır. Sürücülərin mübarizəsi, sürüşləri və asfalt üzərində buraxdıqları izlər inanılmazdır. Yatış bucaqları isə qeyri-adidir”.
Tomas Überall isə Marko ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Dr. Markonu uzun illərdir tanıyıram. Avstriyada avtoidmanı ondan daha yaxşı təmsil edən biri yoxdur, xüsusilə də Niki Lauda-dan sonra”.




Şərh əlavə et