Fransız rəhbər texniki reqlamentdə mümkün dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Ferrari komandasının rəhbəri hesab edir ki, istənilən düzəliş qüvvələr nisbətinə təsir göstərəcək və Skuderiya güzəştə getməyə hazır deyil.
Frederik Vassyör: “Mən çox yaxşı başa düşürəm ki, reqlamentdə müəyyən dəyişikliklər edilməlidir. Bu, hamının, o cümlədən şounun xeyrinə olacaq. Amma eyni zamanda onu da nəzərə almalıyıq ki, ən kiçik düzəlişlər belə kiməsə üstünlük qazandırır, kiməsə isə zərər verir və mən burada qətiyyən şikayət etmirəm.
Bütün maşınların xüsusiyyətləri fərqlidir, buna görə reqlamentdə edilən istənilən dəyişiklik, hətta ən cüzi olsa belə, kiməsə saniyənin yüzdə və ya mində biri qədər üstünlük verə bilər.
Trasda biz hər mində bir saniyə uğrunda mübarizə aparırıq. Belə şəraitdə isə heç nədən imtina etməyə hazır deyilik”.




Şərh əlavə et