Xəbəri Kokpitdə Oxuyun!

Ferrari və Pirelli testlərə davam edirlər

Cümə günü Fyorano trasında Ferrari-nin iştirakı ilə Pirelli testləri davam etdirilib. İtaliya komandası 2027-ci mövsüm üçün keçid və yağış təkərlərinin prototiplərini sınaqdan keçirib.

Testlərin ilk günündə sükan arxasında Lyuis Həmilton olub. Pirelli-nin mətbuat xidməti bildirib ki, cümə axşamı yeddiqat dünya çempionu süni şəkildə isladılmış trasda müxtəlif yağış və keçid təkəri variantlarını yoxlayaraq, ümumilikdə 142 dövrə vurub. Həmiltonun ən yaxşı nəticəsi 1:01.031 saniyə olub.

Planlaşdırılırdı ki, ikigünlük test proqramını Həmilton və Şarl Lekler bölüşəcək, lakin cümə günü səhər Ferrari-nin mətbuat xidməti yeddiqat dünya çempionunun yenidən sükan arxasına keçdiyini və testləri davam etdirdiyini açıqlayıb.

Rauf Hacıyev

Şərh əlavə et