Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: McLaren Lambiaseni transfer edib

McLaren komandası Cianpyero Lambiasenin heyətə qoşulduğunu rəsmi şəkildə açıqlayıb.

O, komandada yarış əməliyyatları üzrə direktor vəzifəsini tutacaq və birbaşa Formula 1 komandasının rəhbəri Andrea Stellaya tabe olacaq.

“Yarış əməliyyatları üzrə direktor vəzifəsi artıq komandanın strukturunda mövcuddur və yarış komandasına ümumi rəhbərliyi nəzərdə tutur, – deyə McLaren-in açıqlamasında bildirilib. – Hazırda bu funksiyanı komanda rəhbəri vəzifəsi ilə yanaşı Andrea Stella yerinə yetirir.

Lambiasenin təyinatı McLaren-in kadr potensialını gücləndirmək və qorumaq strategiyasının bir hissəsidir, eyni zamanda komandanın uzunmüddətli perspektivdə titullar uğrunda mübarizəyə sadiqliyini bir daha təsdiqləyir.

Komandanın Lambiase kimi mütəxəssisləri, eləcə də daha əvvəl Rob Marşal və Vill Kurtni kimi peşəkarları cəlb edib saxlaya bilməsi, həmçinin artıq komandada çalışan yüksək ixtisaslı əməkdaşları qoruyub inkişaf etdirməsi, Zek Braun və Andrea Stellanın rəhbərliyi altında formalaşmış strateji baxışın və komanda mədəniyyətinin göstəricisi olub. Onlarla da uzunmüddətli müqavilələr imzalanıb.

Komanda Cianpyero Lambiase ilə əməkdaşlığa onun mövcud müqaviləsinin müddəti başa çatdıqdan sonra – ən geci 2028-ci ildən etibarən başlamağı səbirsizliklə gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et