Kokpit.az xatırladır ki, italyan mühəndis 2015-ci ildə Red Bull-a qatılıb və burada müxtəlif vəzifələrdə işləyib.
Red Bull: “Red Bull Racing komandası təsdiq edir ki, Cianpyero Lambiase 2028-ci ildə, hazırkı müqaviləsinin müddəti başa çatdıqdan sonra komandanı tərk edəcək. Canpiero 2015-ci ildə komandaya qoşulduğu gündən bəri bizim üçün dəyərli əməkdaş olub.
Planlaşdırılan ayrılığa qədər Canpiero yarış briqadasının rəhbəri və Maks Ferstappenin yarış mühəndisi kimi fəaliyyətini davam etdirəcək.
Komanda və o, birlikdə yeni uğurlar qazanmaq və artıq zəngin olan rekordlar kolleksiyamızı daha da genişləndirmək üçün qətiyyətlidir”.




Şərh əlavə et