Williams-dan yeni transfer

Rauf Hacıyev 09 Aprel 2026, 17:50
Williams-dan yeni transfer
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandası Den Milnerin şassi üzrə baş mühəndis vəzifəsinə təyin olunduğunu açıqlayıb. O, Williams-a keçməzdən əvvəl Honda, Brawn və Mercedes komandalarında çalışıb, ümumilikdə Breklidəki bazada 20 il fəaliyyət göstərib.

Den Williams komandasında maşının sürətinə, inkişaf prosesinə, modelləşdirməyə, testlərə, keyfiyyətə və mühəndis ideyalarının texniki həllərə çevrilməsinin operativ həyata keçirilməsinə cavabdeh olacaq.

Den Milner: “Williams komandasına şassi üzrə baş mühəndis kimi qoşulduğum üçün çox şadam. Breklidə keçirdiyim 20 ildən sonra yeni çağırış üçün doğru zamanın gəldiyini düşünürəm.

Williams-in irəliləmək üçün aydın və ambisiyalı planı var və mən bu yolu sürətləndirmək üçün təcrübəmi və biliklərimi tətbiq etməyi səbirsizliklə gözləyirəm. Komanda ilə tanış olmaq, təşkilati strukturu öyrənmək və ideyaları trasda real nəticələrə çevirmək üçün işə başlamaq üçün səbirsizlənirəm”.

Mett Harman, texniki direktor: “Den geniş təcrübəyə və güclü liderlik keyfiyyətlərinə malikdir. O, tədqiqat və inkişaf sahəsində böyük proqramlara rəhbərlik edib, həmçinin güc qurğuları üzərində işləyərək ideyaları real nəticələrə çevirib. Komandanı vahid məqsəd ətrafında birləşdirməyi yaxşı bacarır.

Den inkişaf planımızda və innovasiyaların trasda sabit nəticələrə çevrilməsində əsas rol oynayacaq, buna görə onu komandada görməkdən çox məmnunuq. Williams-ı yenidən liderlər sırasına qaytarmaq planımızı həyata keçirməyə davam edirik”.

Bunları da oxuyun

Şərh əlavə et