Xəbəri Kokpitdə Oxuyun!

Həmilton testlərə başlayıb

Ferrari komandası cümə axşamı 2027-ci il mövsümü üçün Pirelli təkərlərinin prototiplərinin testlərinə başlayıb. İşlər Fyorano trasında aparılıb və sükan arxasına ilk olaraq Lyuis Həmilton keçib.

Gözlənilir ki, yeddiqat dünya çempionu tam günü test proqramına həsr edəcək, cümə günü isə onu Şarl Lekler əvəz edəcək. Daha əvvəl bildirilmişdi ki, Pirelli Ferrari-dən testlər üçün ehtiyat sürücülər əvəzinə əsas heyəti təqdim etməyi xahiş edib.

Ferrari üçün bu, aprel ayında keçirilən ikinci test olub. İlk testlər 1-2 aprel tarixlərində Mucelloda TPC (keçmiş bolidlərlə test proqramı) çərçivəsində baş tutub və burada Antonio Covinatsi, Artur Lekler və Antonio Fuoko iştirak ediblər.

Rauf Hacıyev

Şərh əlavə et