Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Vitli Audi-dən ayrılıb

Audi komandasında Conatan Vitlinin komanda rəhbəri postundan ayrılması rəsmi şəkildə təsdiqlənib və qərar artıq qüvvəyə minib.

Komandanın bəyanatında bildirilib ki, Vitli Audi-dən “şəxsi səbəblərə görə” ayrılıb. Audi-də britaniyalı mütəxəssisə layihəyə verdiyi töhfəyə görə təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Mattia Binotto, 2024-cü ildən etibarən Audi-nin Formula 1 layihəsinə rəhbərlik edir və əlavə olaraq komanda rəhbərinin funksiyalarını da öz üzərinə götürüb. Komandanın gələcək idarəetmə strukturu daha sonra müəyyənləşdiriləcək. Hazırda Audi-nin məqsədi dəyişməz qalıb – inkişafı davam etdirmək və sonda 2030-cu ilə qədər titullar uğrunda mübarizəyə qoşulmaqdır.

Conatan Vitli isə Aston Martin-də komanda rəhbəri postunda Adrian Nyuini əvəzləmək üçün əsas namizədlərdən biri hesab olunur, baxmayaraq ki, britaniyalı komanda bunu təkzib edir. Hadisələrin növbəti inkişafını izləyəcəyik.

Rauf Hacıyev

Şərh əlavə et