Kokpit.az xatırladır ki, federasiya bir neçə saat əvvəl elan edib ki, Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Priləri əvvəlcədən planlaşdırıldığı aprel ayında baş tutmayacaq.
Bu yarışların daha sonrakı tarixlərdə keçiriləcəyi isə sual altındadır.
Şeyx Salman bin İsa Əl Xəlifə, Bəhreyn Beynəlxalq Avtodromunun baş direktoru: “Verilən qərarı tam dəstəkləyirik, F1 və FİA-ya dəstəklərinə və uzunmüddətli tərəfdaşlığa görə minnətdarıq. Formula 1-ə ev sahibliyi edə biləcəyimiz vaxt gəldikdə dünyanın hər yerindən olan azarkeşləri Bəhreynə yenidən salamlamağı səbirsizliklə gözləyirik. Bütün komandamız adından dəstəyini bildirən Formula 1 icmasının bütün üzvlərinə səmimi təşəkkürümü bildirmək istəyirəm”.
Şahzadə Xalid bin Sultan Əl-Abdullah Əl-Feysəl, Səudiyyə Ərəbistanı Avtomobil Federasiyasının prezidenti: “Səudiyyə Avtomobil Federasiyası Formula 1-in 2026-cı il təqvimi ilə bağlı verdiyi qərara hörmətlə yanaşır.
Azarkeşlər bu ilin aprel ayında Ciddədə keçiriləcək Səudiyyə Ərəbistanı Qran Prisini səbirsizliklə gözləyirdilər, lakin biz bu qərarın səbəblərini başa düşürük və Formula 1 ilə sıx tərəfdaşlığımızı davam etdiririk”.
Qeyd edək ki, Yaponiya Qran Prisindən sonra təqvimdə beş həftəlik fasilə olacaq, bundan sonra mövsüm Mayamidə davam edəcək.




Şərh əlavə et