Xəbəri Kokpitdə Oxuyun!

F2 və F3 alternativlər axtarır

SoyMotor nəşrinin məlumatına görə, Formula 3 və Formula 2 rəhbərliyi Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin əvəzini tapmaq üzərində işləyir ki, planlaşdırılan yarış sayı qorunub saxlanılsın.

 

Gənclər seriyalarında sürücülər və onların sponsorları mövsüm ərzində müəyyən sayda mərhələdə iştirak üçün ödəniş edirlər, seriya isə həmin yarışları keçirməyi öhdəsinə götürür. Buna görə də Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin ləğvi ehtimalı yüksək olduğu halda təqvim iki yarış itirə bilər.

Belə olacağı halda Avstraliyadan sonra mövsüm yalnız iyunun əvvəlində Monakoda davam edə bilər. Bu qədər uzun fasilənin yaranmaması üçün təşkilatçılar hazırda alternativ mərhələlər axtarırlar.

Rauf Hacıyev

Şərh əlavə et