Dəyişikliklər Formula 1 Komissiyasının təklifləri və komandaların səsverməsi nəzərə alınaraq hazırlanıb. Yenilənmiş reqlament FIA-nın rəsmi saytında dərc olunub və icrası məcburidir.
Əsas dəyişikliklərdən biri mühərrikin sıxılma dərəcəsinin ölçülməsi qaydası ilə bağlıdır.
- 31 may 2026-cı ilədək ölçmə yalnız ətraf mühit temperaturunda aparılacaq.
- 1 iyundan 31 dekabr 2026-cı ilədək isə həm ətraf mühit temperaturunda, həm də 130°C temperaturda ölçüləcək və heç bir silindrin həndəsi sıxılma dərəcəsi 16,0-dan yüksək olmamalıdır.
Bundan başqa, bəzi detalların və sensorların yerləşdirilməsi ilə bağlı tələblər də dəyişdirilib.
İdman reqlamentinə əsasən, 2026-cı ildən etibarən sıralanma turunun üçüncü sessiyası (Q3) 12 dəqiqə deyil, 13 dəqiqə davam edəcək.
Həmçinin, Monako trasında keçirilən Monako Qran Prisində yarış zamanı məcburi ikinci pit-stop qaydası ləğv olunub.
Beləliklə, 2026-cı il mövsümü həm texniki, həm də idman baxımından bir sıra mühüm yeniliklərlə yadda qalacaq.



Şərh əlavə et