Pit yolunun açılması ilə mövsümün ilk sıralama turları rəsmi olaraq başlayıb və sürücülər Q2-yə yüksəlmək üçün mübarizəyə start veriblər.
Q1-də Aprilia-nın yeganə sürücüsü olan Raul Fernandes 1:28.784 nəticə ilə Franko Morbidellidən 0.3 saniyə daha sürətli dövrə vurub. Bu həftəsonu indiyə qədər yalnız Marko Bezzekkinin cümə günü qırdığı rekord bundan daha sürətli olub.
Debütant Toprak Razqatlıoğlu açılış dövrəsindən sonra tras limitlərini aşdığı üçün dövrəsi qeydə ala bilməyib.
Q1-in son saniyələrində sarı bayraqlar qaldırılıb və Franko Morbidellinin qəza etdiyi bildirilib.
Sıralanma turunun ilk hissəsini Raul Fernandes lider tamamlayıb. Qəza edən Morbidelli 0.306 saniyə geridə ikinci olub. Bu iki sürücü Q2-yə vəsiqə qazanıblar.
Q2 üçün yaşıl bayraqların dalğalanması ilə mövsümün ilk poul mübarizəsi başlayıb. Marko Bezzekkidən dərhal 1:28.652-lik sürətli dövrə gəlib. Sessiyanın son dəqiqəsində Marko Bezzekki qəza edərək 4-cü sektorda sarı bayraqlara səbəb olub. Qəzadan sonra Bezzekki mövqeyini qoruyub və Tailand Qran Prisi üçün poul mövqeyini əldə edib.
Mark Markes 0.035 saniyə geri qalaraq ikinci olub, Raul Fernandes isə 0.224 saniyə fərqlə üçüncü pilləni tutub. Fabio Di Cianantonio dördüncü, Xorxe Martin beşinci olub.
Türkiyəni təmsil edən Toprak Razqatlıoğlu bazar günkü yarışa 21-ci pillədən start verəcək.
Q1 nəticələri
| Yer | Sürücü | Fərq | Vaxt |
| 1 | R. Fernandez | — | 1’28.784 |
| 2 | F. Morbidelli | +0.306 | 1’29.090 |
| 3 | F. Bagnaia | +0.564 | 1’29.348 |
| 4 | L. Marini | +0.662 | 1’29.446 |
| 5 | D. Moreira | +0.705 | 1’29.489 |
| 6 | F. Quartararo | +0.899 | 1’29.683 |
| 7 | M. Viñales | +0.990 | 1’29.774 |
| 8 | J. Miller | +1.050 | 1’29.834 |
| 9 | A. Rins | +1.283 | 1’30.067 |
| 10 | E. Bastianini | +1.294 | 1’30.078 |
| 11 | T. Razgatlıoğlu | +1.381 | 1’30.165 |
| 12 | M. Pirro | +2.577 | 1’31.361 |
Q2 nəticələri
| # | Sürücü | Komanda | Dövrə | Fərq | Vaxt |
| 1 | M. Bezzecchi | Aprilia Racing Team | 6 | – | 1’28.652 |
| 2 | M. Marquez | Ducati Team | 8 | +0.035 | 1’28.687 |
| 3 | R. Fernandez | Trackhouse Racing Team | 8 | +0.224 | 1’28.876 |
| 4 | F. Di Giannantonio | Team VR46 | 8 | +0.266 | 1’28.918 |
| 5 | J. Martin | Aprilia Racing Team | 7 | +0.349 | 1’29.001 |
| 6 | P. Acosta | Red Bull KTM Factory Racing | 8 | +0.409 | 1’29.061 |
| 7 | A. Marquez | Gresini Racing | 9 | +0.425 | 1’29.077 |
| 8 | A. Ogura | Trackhouse Racing Team | 8 | +0.559 | 1’29.211 |
| 9 | F. Morbidelli | Team VR46 | 4 | +0.669 | 1’29.321 |
| 10 | J. Mir | Repsol Honda Team | 8 | +0.733 | 1’29.385 |
| 11 | B. Binder | Red Bull KTM Factory Racing | 7 | +0.750 | 1’29.402 |
| 12 | J. Zarco | Team LCR | 8 | +0.880 | 1’29.532 |




Şərh əlavə et