Səhər saatlarında trasda işlər quraşdırma dövrələri və bütün sistemlərin işləkliyinin yoxlanılması ilə başlayıb. Pilotlar tədricən tempi artırıblar və səhər sessiyasının ortalarında Rodin Motorsport komandasından Martinius Stenshorn 1:25.437 saniyə nəticə göstərib və bu vaxt səhər sessiyasının ən yaxşı göstəricisi olaraq qalıb.
Sessiyanın başa çatmasına 55 dəqiqə qalmış trasda ilk qırmızı bayraqlar Nikola Tsolovun düzlüklərin birində dayanması səbəbindən qaldırılıb. Onun maşını pit-leyndə aparıldıqdan sonra digər iştirakçılar səhər sessiyasını tamamlayıblar.
Bir saatlıq fasilədən sonra gündüz sessiyasında pilotlar uzun seriyalar üzərində işləməyə və yarış tempini qiymətləndirməyə diqqət ayırıblar. Günün ikinci qırmızı bayraqları sessiyanın bitməsinə təxminən bir saat qalmış Coşua Dürksenin üçüncü döngədə fırlanması səbəbindən göstərilib.
Testlərin sonuna 15 dəqiqədən az qalmış pilotlar sürətli dövrələrə keçiblər və məhz həmin anda Leon günün ən yaxşı nəticəsini göstərib. Lakin Sebastyan Montoyanın birinci döngədə trasdan çıxması səbəbindən hamı son sürətli cəhdini reallaşdıra bilməyib. Trasda üçüncü dəfə qırmızı bayraqlar qaldırılıb və sessiya yenidən bərpa olunmayıb.
Testlər başa çatdıqdan sonra məlum olub ki, AIX Racing komandasının pilotu Emerson Fittipaldinin maşını minimum çəki tələbinə cavab verməyib və bu səbəbdən onun gündüz sessiyasındakı bütün nəticələri ləğv olunub.




Şərh əlavə et