Xəbəri Kokpitdə Oxuyun!

F2 – Testlərin ikinci günündə Kamara birincidir

Çərşənbə günü İspaniyanın Barselona şəhərində Formula 2-nin mövsümöncəsi testləri davam edib. İkinci günün ən yaxşı nəticəsini ötənilki Formula 3 çempionu Rafael Kamara göstərib. Braziliyalı sürücü səhər sessiyasında 1:23.630 zaman nəticəsi ilə fərqlənib.

Testlər başlayandan qısa müddət sonra trasda qırmızı bayraqlar dalğalanıb. Tasanapol İntrafuvasaq bokstan çıxış dövrəsində yerində fırlanıb. Onun maşını evakuasiya edildikdən sonra iş normal rejimdə davam edib.

Səhər sessiyası daha üç dəfə qırmızı bayraqlarla dayandırılıb. Con Bennetin fırlanması, Qabriele Mininin 12-ci döngədə dayanması və Noel Leonun 9-cu döngədə çınqıllığa çıxması fasilələrə səbəb olub.

Sürücülər əsasən Soft təkərlərlə qısa seriyalar üzərində işləyiblər. Kamara ən sürətli dövrəsini sessiyanın ortalarında vurub. Aleks Dannın bütün dövrələri isə maşının çəkisinin icazə veriləndən az olması səbəbindən ləğv edilib.

Nahar fasiləsindən sonra trasda iş bərpa olunub. Günün ikinci yarısında sürücülər uzun seriyalar və yarış tempi proqramı üzərində çalışıblar, buna görə də nəticələr səhərlə müqayisədə zəif olub. Invicta Racing komandasında Kamaranın komanda yoldaşı olan Coşua Dürksen 1:25.363 zaman nəticəsi ilə günorta sessiyasının ən sürətli sürücüsü olub.

Sessiya daha iki dəfə qırmızı bayraqla dayandırılıb. 4-cü döngədə Kolton Herta və Mari Boya çınqıllıqda ilişərək dayanmalı olublar.

Cümə axşamı Barselonada Formula 2-nin mövsümöncəsi testlərinin son günü keçiriləcək.

Axşam sessiyası

# Pilot Komanda Vaxt Dövrə
1 D. Dürksen Invicta Racing 1:25.363 24
2 Alex Dunne Rodin Motorsport 1:27.071 52
3 Rafael Camara Invicta Racing 1:29.483 25
4 Enzo Fittipaldi AIX Racing 1:29.520 52
5 Tasanapol Inthraphuvasak ART Grand Prix 1:29.595 48
6 Callum Shields AIX Racing 1:29.713 48
7 Nikola Tsolov Campos Racing 1:29.876 53
8 Gabriele Mini MP Motorsport 1:30.022 40
9 Colton Herta Hitech 1:30.059 41
10 Laurens van Hoepen TRIDENT 1:30.118 50
11 Oliver Goethe MP Motorsport 1:30.153 39
12 Kush Maini ART Grand Prix 1:30.161 58
13 Dino Beganovic DAMS Lucas Oil 1:30.497 48
14 Rafael Villagomez Van Amersfoort Racing 1:30.519 50
15 Mari Boya PREMA Racing 1:30.553 43
16 Martinius Stenshorne Rodin Motorsport 1:30.595 39
17 Roman Bilinski DAMS Lucas Oil 1:30.626 37
18 D. Bennett TRIDENT 1:30.661 31
19 N. Leon Campos Racing 1:30.818 50
20 N. Varrone Van Amersfoort Racing 1:30.907 24
21 Sebastian Montoya PREMA Racing 1:30.972 43
22 R. Miata Hitech

Səhər sessiyası

# Pilot Komanda Vaxt Dövrə
1 Rafael Camara Invicta Racing 1:23.630 36
2 Tasanapol Inthraphuvasak ART Grand Prix 1:23.648 19
3 D. Bennett TRIDENT 1:23.664 47
4 Martinius Stenshorne Rodin Motorsport 1:23.697 47
5 N. Varrone Van Amersfoort Racing 1:23.760 38
6 Oliver Goethe MP Motorsport 1:23.793 32
7 Kush Maini ART Grand Prix 1:23.835 42
8 Colton Herta Hitech 1:23.855 18
9 Laurens van Hoepen TRIDENT 1:23.870 30
10 Dino Beganovic DAMS Lucas Oil 1:23.913 34
11 Nikola Tsolov Campos Racing 1:23.957 18
12 Gabriele Mini MP Motorsport 1:24.237 13
13 Rafael Villagomez Van Amersfoort Racing 1:24.259 40
14 Roman Bilinski DAMS Lucas Oil 1:23.436 35
15 Mari Boya PREMA Racing 1:24.454 40
16 Callum Shields AIX Racing 1:24.716 36
17 Sebastian Montoya PREMA Racing 1:24.761 34
18 Enzo Fittipaldi AIX Racing 1:25.006 32
19 N. Leon Campos Racing 1:25.829 14
20 R. Miata Hitech 1:26.845 10
21 D. Dürksen Invicta Racing 1:29.950 36
22 Alex Dunne Rodin Motorsport vaxt yoxdur 45

Rauf Hacıyev

Şərh əlavə et