Xəbəri Kokpitdə Oxuyun!

Testləri Antonelli zirvədə bağlayıb

Bəhreyndə testlərin sonuncu günü aydın və quru havada keçib. Havanın temperaturu +26…31…27 dərəcə, trasın temperaturu isə +28…41…28 dərəcə olub.

Reqlamentdəki genişmiqyaslı dəyişiklikləri nəzərə alsaq, Bəhreyndə ilk test həftəsinin əsas məqsədi mümkün qədər çox məsafə qət etmək idi. Yeni maşınlar, yeni mühərriklər, enerjinin rekuperasiyası ilə bağlı yeni yanaşma… Yəni ki,  testlər ərəfəsində suallar kifayət qədər çox idi.

Etibarlılıq problemlərindən heç kim sığortalanmayıb, amma demək olar ki, bütün komandalar bir neçə dəfə yarış simulyasiyası həyata keçirərək, gələcək iş üçün möhkəm baza formalaşdırıblar. Üçüncü gün dövrə vaxtları yaxşılaşıb, lakin komandalar hələ sürət üzərində işləməyib. Gələn həftə hər kəs son yenilikləri gətirəcək və ilk real nəticələri çıxarmaq mümkün olacaq.

Qırmızı bayraqlar və insidentlər

Gün ərzində iki dəfə qırmızı bayraq göstərilib.

  • Birinci sessiyada Valtteri Bottas soyutma sistemi ilə bağlı problemə görə maşını saxlayıb, lakin iki saat sonra yenidən trasa qayıdıb.
  • Sessiyanın son dəqiqələrində Ferrari-də çıxış edən Lyuis Həmiltonun maşını düz yolda güc itirib – testlər üçün tipik səbəb: komanda yanacaq sistemini kalibrləyirdi və yanacaq bitib.

Üçüncü gün məsafə baxımından maksimum məhsuldar alınıb. Dörd pilot 100-dən çox dövrə qət edib. Günün lideri Oskar Piastri olub – 153 dövrə.

Ən yaxşı vaxtı Kimi Antonelli göstərib, lakin o, dünən dörd saat, bu gün isə daha bir saat yarım itirdiyi üçün üç günün yekununda məsafə baxımından yüz dövrədən də az nəticə ilə geridə qalıb.

Sessiya bitdikdən sonra start məşqi üçün pilotlar düz yolda düzülərkən, Franko Kolapintonun maşını bir neçə dəfə silkələnib və o, gözlənilmədən otluğa çıxıb. Xoşbəxtlikdən zərər olmayıb, lakin Alpine sürücüsü təhlükəsizlik zonasında dayanmalı olub və maşın evakuasiya edilib.

Beləliklə, bu həftəlik testlər başa çatıb. Gələn həftə çərşənbədən cümə gününə qədər daha üç test günü keçiriləcək.

Sessiyanın nəticələri

# Pilot Komanda Vaxt Fərq Dövrə
1 Kimi Antonelli Mercedes 1:33.669 61
2 George Russell Mercedes 1:33.918 +0.249 78
3 Lewis Hamilton Ferrari 1:34.209 +0.540 150
4 Oscar Piastri McLaren 1:34.549 +0.880 161
5 Max Verstappen Red Bull 1:35.341 +1.672 61
6 Isack Hadjar Red Bull 1:35.610 +1.941 59
7 Esteban Ocon Haas 1:35.753 +2.084 75
8 Franco Colapinto Alpine 1:35.806 +2.137 144
9 Oliver Bearman Haas 1:35.972 +2.303 70
10 Nico Hülkenberg Audi 1:36.291 +2.622 58
11 Alex Albon Williams 1:36.793 +3.124 78
12 Liam Lawson Racing Bulls 1:36.808 +3.139 119
13 Carlos Sainz Williams 1:37.186 +3.517 68
14 Gabriel Bortoleto Audi 1:37.536 +3.867 60
15 Lance Stroll Aston Martin 1:38.165 +4.496 72
16 Valtteri Bottas Cadillac 1:38.772 +5.103 37
17 Sergio Perez Cadillac 1:39.251 +5.582 67

Rauf Hacıyev

Şərh əlavə et