Yeni maşınların əksəriyyəti böyük məsafə qət ediblər və əvvəlcə özünü göstərməyən problemlər indi üzə çıxaraq komandaların planlarını pozmağa başlayıb.
İkinci gündə Aston Martin və Cadillac bir neçə saat itirib, Mercedes və Red Bull isə səhər sessiyasını tamamilə buraxmalı olub.
Səhər Kimi Antonelli cəmi üç dövrə vurduqdan sonra boksa qayıdıb. Təhlildən sonra komanda güc qurğusunu dəyişmək qərarı verib və o, bir daha trasa çıxmayıb. Mercedes proqramda dəyişiklik etməyib və nahardan sonra sükan arxasına Corc Rassell əyləşib, gənc italiyalı isə faktiki olaraq işsiz qalıb.
Red Bull Racing-də isə gecə maşının yenidən yığılması zamanı hidravlik sistemdə sızma aşkarlanıb. Problemin aradan qaldırılması səhər sessiyası boyunca davam edib. Ayzek Hadjar yalnız günortadan sonra trasa çıxıb, lakin böyük məsafə qət edə bilib.
Testlər gün ərzində dörd dəfə qırmızı bayraqlarla dayandırılıb. Səhər Cadillac-da problem yaranıb, Serxio Peres maşını saxlayıb və bolid evakuatorla trasdan çıxarılıb. Günün ikinci hissəsində sessiya üç dəfə dayandırılıb. Əvvəlcə Valtteri Bottasın Cadillac-ı güzgüsünü itirib, bu detal az qala Karlos Saynsın maşınına dəyəcəkdu. Daha sonra Pyer Qasli Alpine ilə birinci döngəyə yaxın hissədə trasdan kənarda dayanıb. Sessiyanın son dəqiqələrində isə FIA sistemlərinin test edilməsi çərçivəsində qırmızı bayraqlar göstərilib.
Günün ən çox dövrə vuran pilotu Lando Norris olub. O, 149 dövrə qət edib. Ən yaxşı nəticəni isə səhər saatlarında Şarl Lekler göstərib – 1:34.273. Bununla belə, komandalar bu gün sürət üzərində işləməyiblər.
Sabah Bəhreyndə bu həftənin son test günü keçiriləcək. Komandaların əksəriyyətində pilot dəyişiklikləri gözlənilir.
Bəhreyndə ikinci günün nəticələri
| # | Pilot | Komanda | Vaxt | Fərq | Dövrə | Təkər |
| 1 | Charles Leclerc | Ferrari | 1:34.273 | – | 139 | C3 |
| 2 | Lando Norris | McLaren | 1:34.784 | +0.511 | 149 | C3 |
| 3 | Oliver Bearman | Haas | 1:35.394 | +1.121 | 130 | C3 |
| 4 | George Russell | Mercedes | 1:35.466 | +1.193 | 54 | C3 |
| 5 | Isack Hadjar | Red Bull | 1:36.561 | +2.288 | 87 | C3 |
| 6 | Gabriel Bortoleto | Audi | 1:36.670 | +2.397 | 67 | C3 |
| 7 | Pierre Gasly | Alpine | 1:36.723 | +2.450 | 97 | C3 |
| 8 | Valtteri Bottas | Cadillac | 1:36.824 | +2.551 | 67 | C3 |
| 9 | Alex Albon | Williams | 1:37.229 | +2.956 | 62 | C2 |
| 10 | Nico Hülkenberg | Audi | 1:37.266 | +2.993 | 47 | C3 |
| 11 | Arvid Lindblad | Racing Bulls | 1:37.470 | +3.197 | 83 | C3 |
| 12 | Carlos Sainz | Williams | 1:37.592 | +3.319 | 69 | C3 |
| 13 | Liam Lawson | Racing Bulls | 1:38.017 | +3.744 | 50 | C3 |
| 14 | Fernando Alonso | Aston Martin | 1:38.248 | +3.975 | 98 | C3 |
| 15 | Sergio Pérez | Cadillac | 1:38.653 | +4.380 | 42 | C3 |
| 16 | Kimi Antonelli | Mercedes | 11:54.791 | – |




Şərh əlavə et