Xəbəri Kokpitdə Oxuyun!

Villaqomes VAR-da yarışacaq

Formula 2-də son boş yer bağlanıb. Belə ki, Van Amersfoort Racing komandası 2026-cı il mövsümü üçün Rafael Villagomeslə müqaviləni təsdiqləyib.

Bu mövsüm Rafael üçün Formula 2-də artıq üçüncü il olacaq. O, ötən mövsüm iki dəfə podiuma yüksəlib, hazırda isə daha yaxşı nəticələrə hədəflənib.

Rafael Villagomes: “VAR ilə birlikdə Formula 2-də daha bir il qalmaq imkanına görə çox sevinirəm. Komanda ilə ötən mövsümü güclü şəkildə başa vurmuşuq və bu da yeni başlanğıc ərəfəsində inam yaradıb. Qarşıdakı mövsümdə daha yaxşı nəticələr əldə etmək üçün traslara qayıtmağı və komanda ilə işləməyi səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et