Williams komandası testlərə qatılmayıb, çünki bolid hazır olmayıb, Aston Martin isə cəmi iki gün test edə bilib. Komandalar pilotlar arasında qrafiki bərabər bölməyiblər. Ferrari və Mercedes sürücüləri üç gün işləyib, digərləri iki gün, Aston Martin-dən Fernando Alonso və Lens Stroll isə hərəsi bir gün trasda olublar.
Qəzalar və texniki nasazlıqlar da yaşanıb, lakin yeni reqlamentlə keçirilən ilk testlər üçün komandalar kifayət qədər böyük məsafə qət edib – ümumilikdə 14 min kilometrdən çox. Testlər qapalı keçirildiyi üçün burada və bundan sonrakı bütün rəqəmlər qeyri-rəsmi məlumatlara və komandaların açıqladığı göstəricilərə əsaslanır.
Üstəlik, dəqiq məsafəni hesablamaq mümkün deyil, çünki bütün dövrələr tam olmayıb. Səhərlər aerodinamik yoxlamalar zamanı və ya sazlamalar dəyişdirilərkən pilotlar tez-tez qısa dövrələr atıblar. Onlar pitdən çıxıb yenidən ora qayıdıblar. Buna baxmayaraq, bütün dövrələrin tam olduğunu fərz edək, hərçənd real məsafə bir qədər az olub.
Testlərin ən yaxşı dövrələri
Testlərdə pilotlara Pirelli-nin ən sərt üç quru hava tərkibi təqdim olunub. Ən sürətli nəticələr C2 və C3 tərkibləei ilə qısa seriyalar zamanı qeydə alınıb. Həftənin ən sürətli dövrəsini isə testlərin beşinci günü Ferrari sükanı arxasında Lyuis Həmilton göstərib.
Barselona testləri – ən sürətli zamanlar (mühərriklə birlikdə)
| Pilot | Komanda | Mühərrik | Zaman | Gün |
| Lyuis Hemilton | Ferrari | Ferrari | 1:16.348 | 5-ci gün |
| Corc Rassell | Mercedes | Mercedes | 1:16.445 | 4-cü gün |
| Lando Norris | McLaren | Mercedes | 1:16.594 | 5-ci gün |
| Şarl Lekler | Ferrari | Ferrari | 1:16.653 | 5-ci gün |
| Kimi Antonelli | Mercedes | Mercedes | 1:17.081 | 4-cü gün |
| Oskar Piastri | McLaren | Mercedes | 1:17.446 | 5-ci gün |
| Maks Ferstappen | Red Bull | Red Bull/Ford | 1:17.586 | 5-ci gün |
| Pyer Qasli | Alpine | Mercedes | 1:17.707 | 5-ci gün |
| Ayzek Hacar | Red Bull | Red Bull/Ford | 1:18.159 | 1-ci gün |
| Esteban Okon | Haas | Ferrari | 1:18.393 | 5-ci gün |
| Oliver Berman | Haas | Ferrari | 1:18.423 | 5-ci gün |
| Arvid Lindblad | Racing Bulls | Red Bull/Ford | 1:18.451 | 4-cü gün |
| Liam Louson | Racing Bulls | Red Bull/Ford | 1:18.840 | 4-cü gün |
| Franko Kolapinto | Alpine | Mercedes | 1:19.150 | 3-cü gün |
| Niko Hülkenberq | Audi | Audi | 1:19.870 | 5-ci gün |
| Qabriel Bortoleto | Audi | Audi | 1:20.179 | 5-ci gün |
| Fernando Alonso | Aston Martin | Honda | 1:20.795 | 5-ci gün |
| Valtteri Bottas | Cadillac | Ferrari | 1:20.920 | 5-ci gün |
| Serxio Peres | Cadillac | Ferrari | 1:21.024 | 4-cü gün |
| Ləns Stroll | Aston Martin | Honda | 1:46.404 | 4-cü gün |
QƏT EDİLMİŞ MƏSAFƏYƏ GÖRƏ PİLOTLARIN REYTİNQİ
Ən güclü komandaların yeni bolidləri kifayət qədər etibarlı alınıb, digər komandaların etibarlılığı barədə isə Bəhreyndə keçiriləcək testlərdən sonra daha dəqiq fikir formalaşdırmaq mümkün olacaq.
Barselona testləri – pilotların qət etdiyi məsafə
| Pilot | Komanda | Mühərrik | Dövrə | Kilometr |
| Corc Rassell | Mercedes | Mercedes | 265 | 1 234 |
| Kimi Antonelli | Mercedes | Mercedes | 240 | 1 117 |
| Esteban Okon | Haas | Ferrari | 239 | 1 113 |
| Pyer Qasli | Alpine | Mercedes | 227 | 1 057 |
| Şarl Lekler | Ferrari | Ferrari | 222 | 1 033 |
| Lyuis Hemilton | Ferrari | Ferrari | 211 | 982 |
| Arvid Lindblad | Racing Bulls | Red Bull/Ford | 167 | 777 |
| Lando Norris | McLaren | Mercedes | 159 | 740 |
| Liam Louson | Racing Bulls | Red Bull/Ford | 152 | 707 |
| Ayzek Hacar | Red Bull | Red Bull/Ford | 151 | 703 |
| Oliver Berman | Haas | Ferrari | 148 | 689 |
| Niko Hülkenberq | Audi | Audi | 146 | 679 |
| Maks Ferstappen | Red Bull | Red Bull/Ford | 145 | 675 |
| Oskar Piastri | McLaren | Mercedes | 128 | 596 |
| Franko Kolapinto | Alpine | Mercedes | 118 | 549 |
| Qabriel Bortoletto | Audi | Audi | 94 | 437 |
| Valtteri Bottas | Cadillac | Ferrari | 88 | 409 |
| Serxio Peres | Cadillac | Ferrari | 77 | 358 |
| Fernando Alonso | Aston Martin | Honda | 61 | 284 |
| Ləns Stroll | Aston Martin | Honda | 5 | 23 |
QƏT EDİLMİŞ MƏSAFƏYƏ GÖRƏ KOMANDALARIN REYTİNQİ
Mercedes və Ferrari Barselonadakı testlərdə problemlərdən yayınaraq ən böyük məsafə qət edən komandalar olublar.
Barselona testləri – komandaların qət etdiyi məsafə
| Komanda | Dövrə | Kilometr |
| Mercedes | 505 | 2 352 |
| Ferrari | 433 | 2 016 |
| Haas | 387 | 1 802 |
| Alpine | 345 | 1 607 |
| Racing Bulls | 319 | 1 486 |
| Red Bull | 296 | 1 378 |
| McLaren | 287 | 1 337 |
| Audi | 240 | 1 118 |
| Cadillac | 165 | 768 |
| Aston Martin | 66 | 307 |
QƏT EDİLMİŞ MƏSAFƏYƏ GÖRƏ MÜHƏRRİKLƏRİN REYTİNQİ
| Mühərrik | Dövrə | Kilometr |
| Mercedes | 1 137 | 5 295 |
| Ferrari | 985 | 4 587 |
| Red Bull/Ford | 615 | 2 864 |
| Audi | 240 | 1 117 |
| Honda | 66 | 307 |




Şərh əlavə et