Xəbəri Kokpitdə Oxuyun!

Həmilton testlərin ən sürətlisidir

Barselonada keçirilən ilk test sessiyası bu gün başa çatıb və bu testlər tamamilə məxfilik atmosferində keçirilib. Son gündə təhlükəsizlik xidməti ətraf təpələrdəki azarkeşləri xüsusilə fəal şəkildə dağıdıb.

Gün kifayət qədər maraqlı keçib, çünki trasda səkkiz bolid işləyib. Yalnız proqramını bir gün əvvəl tamamlamış Mercedes və Racing Bulls, eləcə də ilk testlərə ümumiyyətlə gəlməyən Williams istisna təşkil edib. Komandalar razılaşmışdı ki, beş gündən istənilən üçündə işləyə bilərlər.

Reqlamentdə ciddi dəyişikliklərə baxmayaraq, nəticələr ümumilikdə gözlənilən olub. Yeni bolidlərin sürəti barədə hələ tez danışmaq olar, lakin komandaların əksəriyyəti etibarlılıq baxımından yüksək səviyyədə görünüb.

Red Bull nəhayət ikinci günün axşamı baş verən qəzanın ardından bolidi bərpa edə bilib. Belə ki, lazımi ehtiyat hissələri dünən bazadan gətirilib və bu gün Maks Ferstappen trasa çıxıb.

Əsas diqqət isə Fernando Alonsonun üzərində cəmlənib, çünki o, Ədrian Nyuinin hazırladığı yeni Aston Martin bolidini ilk dəfə sınaqdan keçirib. Dünən AMR26 cəmi dörd dövrə vuraraq debüt etsə də, bu gün etibarlılıqla bağlı ciddi problem yaşanmayıb.

Beşinci günün və bütövlükdə həftənin ən yaxşı nəticəsini Ferrari ilə çıxış edən Lyuis Həmilton göstərib. Sessiyanın sonunda bir neçə komanda Soft təkərlərə keçəndən sonra o, dövrəni 1:16.348 nəticə ilə tamamlayıb.

Növbəti testlər 11–13 və 18–20 fevral tarixlərində Bəhreyndə keçiriləcək və daha dəqiq nəticələr olacaq.

Barselona – mövsümöncəsi testlər, 5-ci günün nəticələri

Mövqe Pilot Ən sürətli dövrə
1 Lyuis Həmilton 1:16.348
2 Lando Norris 1:16.594
3 Şarl Lekler 1:16.653
4 Oskar Piastri 1:17.446
5 Maks Ferstappen 1:17.586
6 Pyer Qasli 1:17.707
7 Esteban Okon 1:18.393
8 Oliver Berman 1:18.423
9 Niko Hülkenberq 1:19.870
10 Qabriel Bortoletto 1:20.179
11 Fernando Alonso 1:20.795
12 Valtteri Bottas 1:20.920

F1 2026 mövsümöncəsi testləri – Barselona (ən sürətli dövrələr)

Mövqe Pilot Komanda Maşın Zaman Gün Dövrə sayı
1 Lyuis Həmilton Ferrari SF-26 1:16.348 5-ci gün 209
2 Corc Rassell Mercedes W17 1:16.445 4-cü gün 263
3 Lando Norris McLaren MCL40 1:16.594 5-ci gün 160
4 Şarl Lekler Ferrari SF-26 1:16.653 5-ci gün 233
5 Kimi Antonelli Mercedes W17 1:17.081 4-cü gün 237
6 Oskar Piastri McLaren MCL40 1:17.446 5-ci gün 128
7 Maks Ferstappen Red Bull RB22 1:17.586 5-ci gün 145
8 Pyer Qasli Alpine A526 1:17.707 5-ci gün 229
9 Ayzek Hacar Red Bull RB22 1:18.159 1-ci gün 158
10 Esteban Okon Haas VF-26 1:18.393 5-ci gün 243
11 Oliver Berman Haas VF-26 1:18.423 5-ci gün 148
12 Arvid Lindblad Racing Bulls CARB 1:18.451 4-cü gün 166
13 Liam Louson Racing Bulls VCARB03 1:18.840 4-cü gün 152
14 Franko Kolapinto Alpine A526 1:19.150 3-cü gün 118
15 Niko Hülkenberq Audi R26 1:19.870 5-ci gün 149
16 Qabriel Bortoletto Audi R26 1:20.179 5-ci gün 94
17 Fernando Alonso Aston Martin AMR26 1:20.795 5-ci gün 61
18 Valtteri Bottas Cadillac 1:20.920 5-ci gün 87
19 Serxio Peres Cadillac 1:21.024 4-cü gün 77
20 Lens Stroll Aston Martin AMR26 1:46.404 4-cü gün 5

 

Rauf Hacıyev

Şərh əlavə et