Xəbəri Kokpitdə Oxuyun!

McLaren yeni tərəfdaş tapıb

McLaren komandası ONEflight International ilə uzunmüddətli əməkdaşlığın başladığını elan edib. Biznes aviasiyası sahəsində liderlərdən biri olan şirkət bundan sonra komandanın rəsmi tərəfdaşı statusunu daşıyacaq.

2010-cu ildə ABŞ-da əsası qoyulan ONEflight International qlobal miqyasda fəaliyyət göstərir və 2026-cı ildən etibarən McLaren-in hava daşımalarının təşkilinə cavabdeh olacaq. Tərəfdaşlıqdan hər iki brendin fayda qazanacağı gözlənilir.

ONEflight International loqoları McLaren-in bolidlərində, eləcə də Oskar Piastri və Lando Norris-in yarış kombinezonlarında yer alacaq.

McLaren Racing-in kommersiya üzrə direktor müavini Nik Martin bildirib: “ONEflight-ı tərəfdaşlarımız sırasında görməkdən məmnunuq. Bu şirkət logistika məsələlərini bizim yarışlarda hədəflədiyimiz yüksək səviyyədə həyata keçirəcək. 2026-cı mövsüm ərəfəsində komandamıza qoşulmaları xüsusilə sevindiricidir, çünki qarşıdakı mövsüm son dərəcə maraqlı olacağını vəd edir”.

Rauf Hacıyev

Şərh əlavə et