Alpine A526 təqdim olunub

Alpine A526 təqdim olunub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

BWT Alpine Formula 1 komandası 2026-cı il mövsümü üçün hazırladığı yeni A526 bolidini rəsmi olaraq təqdim edib.

Ferrari-nin ardından, 23 yanvarda səhnədə bu dəfə Alpine komandası olub.

Enstoun mərkəzli kollektiv üçün 2026-cı il mövsümü böyük bir dönüş nöqtəsi ilə başlayır. Alpine artıq öz güc qurğusunu istehsal etmir və bundan sonra Mercedes-in müştəri komandası kimi mübarizə aparacaq. Bu strateji dəyişiklik, yeni A526 bolidinin şassi quruluşunda da açıq şəkildə hiss olunub.

Alpine, A526-nın təqdimatı üçün qeyri-adi bir konsept seçib və tədbiri kruiz gəmisində həyata keçirib.

Dizaynda dənizin mavisi ilə uyğun şəkildə, Alpine-ə xas mavi rəng yenə əsas ton kimi ön planda yer alıb. Əsas sponsor BWT-nin çəhrayı rəngi isə xüsusilə burun hissəsində və saydpodlarda əvvəlki mövsümlərlə müqayisədə daha qabarıq şəkildə istifadə olunub. 2025-ci il mövsümü ilə müqayisədə A526-da qara karbon elementlərinin daha az tətbiq edildiyi diqqət çəkib.

Pilot heyətində isə dəyişiklik edilməyib. Alpine, ötən mövsümü tamamlayan sürücü cütlüyü ilə yoluna davam edib. Pyer Qasli və Franko Kolapinto, 2026-cı il mövsümündə Mercedes mühərrikli A526 ilə məharətlərini göstərəcəklər.

Bunları da oxuyun

Şərh əlavə et