Son iki ili çempion kimi başa vurmuş komanda ötən ay Barselonada keçirilən shakedown testində MCL40-ı boz və qara tonların üstünlük təşkil etdiyi müvəqqəti rəng çaları ilə trasa çıxmışdı. Lakin Britaniya komandası bu həftə Bəhreyndə start götürəcək mövsümün ilk rəsmi testləri ərəfəsində 2026-cı mövsümünə aid yekun rəng çalarını tanıdıb.

Yeni dizaynda McLaren son illərdə yenidən qayıtdığı ənənəni davam etdirərək, papaya narıncı rəngini əsas ton kimi qoruyub. Bəhreyn Beynəlxalq Trasında nümayiş etdirilən MCL40 vizual baxımdan komandanın son iki çempionluq qazandığı bolidə çox oxşayır.
Digər tərəfdən, Mastercard McLaren ilə olan əməkdaşlığını titul sponsorluğu səviyyəsinə yüksəldərək, bolid üzərində daha geniş yer tutub. Bu razılaşma ilə McLaren, Vodafone-dan sonra ilk dəfə titul sponsorluğu müqaviləsi bağlayıb.

Ötən mövsüm Lando Norris, Əbu Dabidə keçirilən mövsüm finalında Maks Ferstappeni cəmi iki xal fərqi ilə geridə qoyaraq, karyerasının ilk Formula 1 dünya çempionluğunu qazanıb. McLaren komandası isə Mühəndislər Kubokunu sentyabr ayında baş tutan Sinqapur Qran Prisində rəsmiləşdirərək, ardıcıl ikinci dəfə zirvəyə yüksəlib.






Şərh əlavə et