2026-cı ilin Formula 1 bolidləri təxminən 10 gündən sonra Kataloniyada trasa çıxacaq. Lakin Barselonadakı bu ilkin sürüşlər qapalı qapılar arxasında keçiriləcək.
Bu ilk sınaqdan sonra komandalar mövsümün ilk rəsmi testləri üçün Bəhreynə yollanacaqlar. 11-13 fevralda baş tutacaq Bəhreyn testlərində tras fəaliyyəti yerli vaxtla saat 10:00-da başlayacaq.
Hər test günü doqquz saat davam edəcək və sessiyalar saat 19:00-da başa çatacaq.
Mövsümün açılış yarışından əvvəl keçiriləcək son testlər isə 18-20 fevralda yenə Bəhreyndə təşkil olunacaq. Bu testlərdə də trasdakı iş vaxtları ilk mərhələ ilə tam eyni olacaq.
Beləliklə, komandalar 2026-cı il reqlamentlərinə əsasən hazırlanan yeni bolidləri mövsümöncəsi qış testlərində altı gün ərzində rəsmi şəkildə sınaqdan keçirəcək.
Test saatları (Bakı vaxtı ilə)
1-ci gün: 11:00 – 20:00
2-ci gün: 11:00 – 20:00
3-cü gün: 11:00 – 20:00




Şərh əlavə et