Xəbəri Kokpitdə Oxuyun!

Son qalib mübarizəni dayabdırıb

Builki Dakar Rallisi Yəzid əl-Raci üçün idman taleyinin nə qədər dəyişkən olduğunu növbəti dəfə xatırladıb. O, 2025-ci ildə əfsanəvi rallini qazanan ilk Səudiyyə Ərəbistanı təmsilçisi olmuşdusa, bu gün mübarizəni dayandırmalı olub.

Dördüncü, eyni zamanda ən uzun marafon mərhələsinin 234-cü kilometrində 201’nömrəli Toyota Hilux GR yarış yolsuzluq avtomobili dayanıb və hərəkətini davam etdirə bilməyib. İlkin məlumata görə, əl-Raci və onun alman şturmanı Timo Gotşalk klassik problemlə üzləşiblər. Belə ki, maşının üç təkəri deşilib, halbuki ehtiyatda cəmi iki təkər olub.

Marafon mərhələsinin əsas xüsusiyyətlərindən biri ekipajlara kənar köməkdən istifadə etməyin qadağan olunmasıdır. Bununla belə, əl-Racinin nəzəri cəhətdən yarışda qalmaq və finişə çatmaq imkanı hələ mövcuddur, lakin yalnız bu mərhələ başa çatdıqdan sonra. Hər halda, 201 nömrəli ekipaj artıq ümumi təsnifatdan çıxarılıb.

Rauf Hacıyev

Şərh əlavə et