Səhər saatlarında komandaların əksəriyyəti yeni Medium tərkibli təkərlərlə sıralanma tempi üzərində işləməyə başlayıb. Bu mərhələdə ən sürətli vaxtı Kuş Maini (1:39.864) qeydə alıb, lakin tezliklə testlər qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Sebastyan Montoyanın 14-cü döngədə dayanması olub.
Sessiya bərpa edildikdən sonra komandalar SuperSoft təkərlərlə sıralanma tempində işləməyə davam ediblər. Pilotlar liderliyi bir-birlərindəb alıblar, sonda protokola Aleks Dann başçılıq edib. Daha sonra hamı yenidən yarış tempi üzrə işə, pit-stop və start məşqlərinə qayıdıb.
Nahar fasiləsindən sonra işlər davam edib. Heç kim rekord barədə düşünməyib və yalnız son beş dəqiqədə bəzi pilotlar sürətli cəhdlər ediblər. Bu cəhdlər arasında ən yaxşı nəticəni Oliver Göte göstərib – 1:38.274 saniyə.
Bununla da Formula 2-də 2025-ci il mövsümü başa çatıb. Komandalar 2026-cı ilin qışında mövsümöncəsi testlər üçün traslara qayıdacaqlar, yeni mövsümün ilk mərhələsi isə 6–8 mart tarixlərində Avstraliyanın Melburn şəhərində keçiriləcək.




Şərh əlavə et