FIA-nın mətbuat xidməti bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada vurğulanır ki, son dörd il ərzində federasiyada genişmiqyaslı dəyişikliklər aparılıb, iş prinsipləri daha səmərəli olub və təşkilatın maliyyə vəziyyəti xeyli möhkəmlənib. Məsələn, 2021-ci ildə zərərlə fəaliyyət göstərən FIA ötən ili 4,7 milyon avro əməliyyat mənfəəti ilə başa vurub ki, bu da son 10 ilin ən yaxşı göstəricisidir.
2025-ci il üçün proqnozlar da müsbətdir. Belə ki, bu göstəricinin çox cuzi şəkildə azalacağı gözlənilir. Bu da uzunmüddətli planlaşdırma aparmağa, dünya üzrə milli avtoklubları dəstəkləməyə və strateji inkişaf proqramlarını reallaşdırmağa imkan verir.
Məhəmməd ben Sulayem, FIA-nın Prezidenti: “Səsvermənin bu qədər təsirli nəticə verməsinə və mənə yenidən etimad göstərdiklərinə görə FİA-nın üzvlərinə təşəkkür edirəm. Birlikdə çoxsaylı çətinliklərin öhdəsindən gəlirik və bu gün heç vaxt olmadığı qədər güclüyük.
Bu vəzifəni yüksək şərəf hesab edirəm və bundan sonra da FIA-nın, avtomobil və avtoidmanın, eləcə də təşkilatımıza üzv olan bütün avtoklubların rifahı naminə çalışmaqda davam edəcəyəm”.




Şərh əlavə et