Qış testlərinin ikinci günündə də Göte liderdir

Qış testlərinin ikinci günündə də Göte liderdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsümün başa çatmasından sonra Əbu-Dabidə keçirilən Formula 2 testlərinin ikinci günündə protokola Oliver Göte başçılıq edib. MP Motorsport pilotu ən sürətli dövrəsini səhər göstərib.

Səhər sessiyasında sürücülər yumşaq tərkibli təkərlərlə sürətli seriyalara başlayıblar və ardıcıl olaraq vaxt cədvəlinin zirvəsinə yüksəliblər. SuperSoft tərkibinə keçiddən sonra protokola 1:37.390 saniyəlik nəticə ilə Oliver Göte liderlik edib və Qabriel Minini demək olar 0.3 saniyə qabaqlayıb.

Bir qədər sonra Mari Boyanın əsas düzlükdə dayanması səbəbindən trasda qırmızı bayraqlar qaldırılıb. Sessiya bərpa edildikdən sonra sürətli dövrələr davam edib və Göte 1:37.049 saniyəlik yeni dövrə vurub, bu nəticə də günün sonuna qədər ən yaxşı vaxt olaraq qalıb.

Günün ikinci – günorta sessiyasında komandalar yarış tempi üzərində işləməyə keçib. Sessiya qırmızı bayraqsız sakit şəkildə keçib və iştirakçılar proqramlarını ardıcıl şəkildə icra ediblər.

Nəticələr tədricən yaxşılaşıb, lakin həqiqi sürətli nəticələr yalnız sessiyanın sonuna doğru SuperSoft tərkibinə keçidlə başlayıb. Günorta sessiyasının ən yaxşı vaxtını Rafael Kamara 1:37.646 saniyəlik göstərici ilə əldə edib. Günün ən çox məsafəsini isə Nikola Tsolov qət edib – 120 dövrə.

Bunları da oxuyun

Şərh əlavə et