Xəbəri Kokpitdə Oxuyun!

F2 testlərində ilk gün geridə qalıb

Çərşənbə günü Əbu-Dabidə Formula 2-nin üçgünlük testləri start verib. Günün ən yaxşı nəticəsini həm səhər, həm də günorta sessiyasında protokola başçılıq edən Oliver Göte göstərib.

Səhər sessiyasında sürücülər əvvəlcə qızdırma dövrələri atıblar, daha sonra tam proqram üzrə işləməyə başlayıblar. İlk olaraq protokola Aleks Dann 1:39.502 nəticəsi ilə başçılıq. İlk saatın sonunda Tasanapol İntrafuwasak bu nəticəyə çox yaxınlaşı və  Danndan cəmi 0.013 saniyə geri qalıb.

Bir qədər sonra Oliver Göte 1:38.979-luq nəticə ilə liderliyi ələ alıb. Ona ən çox yaxınlaşan Coşua Dürksen olub və liderdən 0.332 saniyə geri qalıb. Sessiyanın sonunda Dürksen nəticəsini yaxşılaşdırsa da, ikinci yerdə qalıb. Maraqlıdır ki, Dann tam olaraq eyni nəticəni göstərib və üçüncü pillədə qərarlaşıb.

Fasilədən sonra sürücülər günorta sessiyasında işə davam ediblər. İlk saatın sonunda Ritomo Miatanın beşinci döngədə dayanması səbəbindən qırmızı bayraqlar qaldırılıb. Hitech TGR pilotunun maşını tez bir zamanda trasdan uzaqlaşdırılıb və testlər davam edib.

Sürücülər öz proqramları üzrə işləyiblər və sessiyanın son yarım saatında SuperSoft tərkibinə keçiblər. Protokola yenidən Göte başçılıq edib – 1:37.203, bu nəticə də testlərin ilk gününün ən yaxşı vaxtı olub.

Testlərdə iştirak edənlər arasında Formula 2-də debüt mövsümünə hazırlaşan Kolton Herta da olub. Sabiq IndyCar sürücüsü gün ərzində 83 dövrə vurub və ən yaxşı nəticəsi 1:39.416 olub.

Rauf Hacıyev

Şərh əlavə et