Xəbəri Kokpitdə Oxuyun!

K.Maini ART-a keçib

25 yaşlı hindistanlı sürücü Kuş Maini gələn mövsümdə də Formula 2-də çıxış edəcək. O, 2026-cı il üçün ART Grand Prix komandası ilə müqavilə imzalayıb.

Maini ötən mövsüm DAMS komandasında çıxış edib və Monakoda sprint yarışını qazanıb. Kuş mövsümü on altıncı yeri tutub.

Kuş Maini: “ART Grand Prix kimi zəngin tarixə malik bir komandaya qoşulduğuma görə çox sevincliyəm. Mühəndislərlə və mexaniklərlə ilk təmaslarımız çox pozitiv keçdi. Komandadakı məqsədyönlülüyü və dostcanlı mühiti yüksək qiymətləndirirəm, ona görə də onlarla işə başlamağı səbirsizliklə gözləyirəm. Birlikdə hansı nəticələrə çata biləcəyimizi görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et