Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi testləri – Krouford zirvədədir!

Aston Martin-in sükanı arxasında olan Cek Krouford Əbu Dabidə keçirilən yeganə mövsümsonu test gününün protokoluna başçılıq edib. Komandalar həm 2026-cı il təkərləri ilə, həm də gənc pilotlarla işləyib.

Hər komanda trasa iki maşın çıxarıb. Onlardan biri gənc sürücülər üçün standart konfiqurasiyada qalıb, digəri isə 2026-cı ilin təkər ölçülərinə uyğunlaşdırılıb. Bu maşınların əksəriyyətində əsas pilotlar işləyib və bəzi komandalar 2026-cı ilin digər texniki həllərinin prototiplərini də sınaqdan keçirib. Məsələn, Mercedes idarəolunan ön qanad prototipini test edib.

Testlər bir dəfə qırmızı bayraqlarla dayandırılıb. Belə ki, Haas komandasında çıxış edən Rio Hirakava sükanı ilk döngədə yerində fırlanıb. Bolid trasdan çıxıb və bariyerə çırpılıb. Sürücü xəsarət almayıb və boksa özü qayıdıb, maşının evakvasiyası isə on beş dəqiqədən bir qədər çox davam edib.

Günün ikinci hissəsində bəzi komandalar sürücüləri dəyişib. Ümumilikdə trasda 25 pilot çıxış edib. Qət edilən məsafəyə görə lider Kimi Antonelli olub. İtalyan pilot 157 dövrə sürüb, bu isə demək olar üç yarış məsafəsinə bərabərdir. Antonelli eyni zamanda təkər testlərində iştirak edənlər arasında ən yaxşı vaxtı göstərib.

Bununla da 2025-ci il mövsümü başa çatıb!

Rauf Hacıyev

Şərh əlavə et