Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Helmut Marko Red Bull-dan ayrılıb

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko 2025-ci ilin sonunda şirkətdən ayrılacağını rəsmən açıqlayıb.

Mətbuat relizində bildirilir ki, 82 yaşlı avstriyalı mütəxəssis həm şirkətdəki bütün vəzifələrini, həm də Red Bull-un  gənc sürücülər proqramının rəhbərliyini könüllü şəkildə tərk etmək qərarını özü verib.

Helmut Marko: “Artıq 60 ildir ki, avtoidmandayam və Red Bull-da keçirdiyim son 20 ildən çox müddət mənim üçün inanılmaz dərəcədə uğurlu olub. Bu, istedadlı insanlarla möhtəşəm zaman keçirdim. Birlikdə əldə etdiyimiz hər şey mənə qürur verdi.

Bu mövsüm titulu cüzi fərqlə itirmək məni dərindən təsirləndirdi və mən anladım ki,  bu uzun, gərgin və uğurlu səhifəni bağlamaq üçün düzgün an yetişib.

Komandaya gələcəkdə uğurlar arzulayıram və əminəm ki, onlar növbəti il həm Sürücülər Çempionatı, həm də Mühəndislər Kuboku uğrunda mübarizə aparacaqlar”.

Oliver Mintslaff, Red Bull-un korporativ layihələr və investisiyalar üzrə icraçı direktoru: “Helmut mənə ilin sonunda  məsləhətçi vəzifəsindən ayrılmaq niyyətini bildirdi. Onun qərarına görə dərin təəssüf hissi keçirirəm, çünki o, 20 ildən çox idi ki, böyük nüfuz sahibi idi və onun gedişi möhtəşəm bir dövrün bitməsi deməkdir.

20 ildən çox zaman ərzində Helmut komanda və bütün Red Bull Motorsport ailəsi üçün misilsiz xidmətlər göstərib. O, Red Bull Racing-i 6 qat Dünya Çempionu, innovasiya lideri və beynəlxalq avtoidmanın dayağına çevirən bütün əsas strateji qərarların formalaşmasında həlledici rol oynayıb.

Onun istedadı hiss etmə bacarığı yalnız gənclər proqramımızı formalaşdırmayıb, həm də ümumilikdə Formula 1-ə silinməz təsir buraxıb. Sebastyan Fettel və Maks Ferstappen kimi pilotları  kəşf edərək, dəstəkləyib. Onun ehtirası, qətiyyətli qərarlar vermək cəsarəti və potensialı görmək qabiliyyəti daim yaddaşlarda qalacaq.

Uzun və səmimi söhbətdən sonra başa düşdüm ki, onun istəyinə hörmət etməliyəm, çünki bu addımı düzgün hesab etdiyini anladın. Onun gedişi böyük boşluq yaradacaq, lakin qərarına olan hörmətimiz və Red Bull Racing üçün etdiklərinə görə minnətdarlığımız daha böyükdür.

Helmut Markonun həm şəxsi, həm də peşəkarlığı çox darıxacağıq. Ona gələcəkdə uğurlar arzulayırıq və komandaya qarşı isti münasibətini qoruyacağına ümid edirik”.

Qeyd edək ki, Helmut Marko Red Bull Sürücü Akademiyasına rəhbərlik etdiyi dövrdə 17 sürücünün Formula 1-ə çıxmasına səbəb olub.

Rauf Hacıyev

Şərh əlavə et