Onun müqaviləsi 2026-cı ili əhatə etsə də, Red Bull rəhbərliyi ilə aparılan müzakirələrdən sonra müqavilənin vaxtından əvvəl ləğv olunmasına qərar verilib.
Əbu Dabi Qran Prisindən dərhal sonra Markonun gələcəyi ilə bağlı iddialar artmağa başlamışdı.
Marko həmin gün verdiyi açıqlamada ilk dəfə müqaviləsi barədə danışmayıb və vəziyyət mürəkkəb olduğunu deyib. Daha sonra isə “bir neçə müxtəlif məsələ var” deyərək qeyri-müəyyənliyi davam etdirib.
Bazar ertəsi Red Bull-un yüksək vəzifəli şəxsləri — xüsusilə idman rəhbəri Oliver Mintzlaff ilə görüşüb. Nəticə: Marko 31 dekabr tarixindən etibarən vəzifəsini tərk edəcək.
Müqavilənin vaxtından əvvəl bitməsində həm yaşı, həm də son dövrdə ortaya çıxan müqavilə böhranlarının rol oynadığı bildirilir. Xüsusilə Arvid Lindblad və Aleks Dann ətrafında baş verən proseslərin bu qərarın alınmasında ciddi rol oynadığı iddia olunub.
Red Bull komandasının rəhbəri Loren Mekis də dəyişikliklərin olacağını təsdiqləyib.
Loren Mekis: “Formula 1 statik quruluş deyil. Həm texniki, həm də idman cəhətdən daim uyğunlaşmaq məcburiyyətindəyik”.
Paddokda yayılan məlumatlara görə, Avstriyalı rəhbərlik F1-in hər iki komandasına nəzarəti artırmaq istəyir. Kristian Horner ilə yolların ayrılmasından sonra PR şöbəsində aparılan dəyişikliklər də bu iddiaları gücləndirib.
Helmut Marko 2005-ci ildə Jaguar-dan alınan komandanın Red Bull Racing-ə çevrilməsində əsas fiqurlardan biri olub. O, Red Bull-un məşhur gənc pilot proqramının qurucusu kimi Sebastian Fettel və Maks Ferstappen kimi ulduzları Formula 1-ə qazandırıb.
Markonun təsiri xüsusilə Ferstappenin karyerasında çox açıq şəkildə özünü biruzə verib. Mercedes-in Ferstappeni əvvəlcə GP2-yə göndərmək istəsə də, Marko onu 2015-ci ildə birbaşa F1-ə gətirərək tarixə düşən bir risk alıb.
31 dekabr 2025-ci il etibarilə Helmut Marko dövrü rəsmi olaraq başa çatmış olacaq. Rəsmi açıqlamanın yaxın günlərdə yayımlanması gözlənilir.




Şərh əlavə et