Xəbəri Kokpitdə Oxuyun!

Bu gün təkər testləri başlayır

Mövsüm Abu-Dabidə başa çatdıqdan bir gün sonra yeni təkərlərin və gənc sürücülərin birgünlük testləri başlayır.

Komandalar 2025-ci ilin maşınlarını iki versiyada düzəldəcək. Biri növbəti mövsümün təkərlərinin ölçülərinə uyğunlaşdırılaraq yenidən hazırlanıb, digəri isə gənc sürücülərin testləri üçün adi konfiqurasiyada saxlanılıb.

2026-cı ilin təkər testləri üçün hər komanda bir dəst C2, üç dəst C3, C4 və C5, həmçinin yağış ehtimalına qarşı bir dəst keçid təkəri alıb. Amma bu gün yağıntı gözlənmir.

Gənc sürücülər üçün nəzərdə tutulan testlərdə 2025-ci ilin təkərləri istifadə olunacaq: iki dəst C3, iki dəst C5, dörd dəst C4 və hər sürücüyə bir dəst keçid və bir dəst yağış tərkibləri verilib.

Bu gün komandalar üçün sükan arxasında olacaq sürücülər:

McLaren: Oskar Piastri, Lando Norris və Pato O’Vard

Mercedes: Andrea Kimi Antonelli və Frederik Vesti

Red Bull Racing: Ayzek Hacar və Ayumi İvasa

Ferrari: Şarl Lekler, Lyuis Həmilton və Dino Beqanoviç

Williams: Karlos Sayns və Lyuk Brauninq

Racing Bulls: Liam Louson və Arvid Lindblad

Aston Martin: Ştoffel Vandorn və Cek Krouford

Haas F1: Oliver Berman və Rio Hirakava

Sauber: Niko Hülkenberq, Qabriel Bortoletto və Paul Aron

Alpine: Pyer Qasli və Küş Maini

Rauf Hacıyev

Şərh əlavə et