Pirelli, mövsümün son yarışında komandaların müxtəlif strategiya variantlarından istifadə etməsindən məmnun qalıb…
Mario İzola, Pirelli Motorsport-un direktoru: “Lando Norrisi ilk çempionluq tituluna görə təbrik edirəm. Mübarizə son illərin ən gərgin mövsümlərindən birinin son mərhələsinə qədər davam etdi. Maks Ferstappen və Oskar Piastri bu yarışda tempini heç də azaltmadılar və bizə həyəcanlı bir final bəxş etdilər.
Gözlənildiyi kimi, komandaların çoxu ən sabit iki tərkibdən istifadə edərək bir pit-stoplu strategiyanı seçdi. Bəzi hallarda Hard tərkibli təkərlərlə məsafə 40 dövrəni keçdi, dənlənmə olmadı, lakin son dövrələrdə müəyyən aşınma əlamətləri görünürdü.
Alternativ strategiya seçən sürücülər arasında yeni çempion Lando Norris fərqləndi. O, iki pit-stoplu strategiyanı seçdi, yəqin ki, Ferrari-dən Şarl Leklerin əlavə pit-stopunun təsiri altında qalsı. Bu zaman McLaren yarışa hazırlıq mərhələsində saxladıqları iki təzə Hard dəstindən istifadə etdi.
Ferrari-dən Lyuis Həmilton da son hissə üçün yeni təkər dəsti seçd. Onda isə bu halda Medium tərkib qalmışdı. Bu seçim ona bir neçə mövqe qazanmağa imkan verdi və bu iki strategiya variantının nə qədər yaxın olduğunu göstərdi.
Pirellinin işi bununla bitmir: çərşənbə axşamı bütün komandalarla birlikdə tam test günü üçün trasda olacağıq. On avtomobil 2026-cı ilin təkər tərkiblərini sınaqdan keçirəcək, daha on avtomobil isə gənc sürücülərlə gələn ilin təkərləri üzərində işləyəcək”.




Şərh əlavə et