Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Təzyiq böyük idi

McLaren komandasının rəhvəri Andrea Stella bildirib ki, Maks Ferstappenlə mübarizə aparmaq onlar üçüb yaxşı hədəf olub.

McLaren komandasının italyan rəhbəri uğurlu mövsümü dəyərləndirib. Bu mövsüm komanda həm Sürücülər Çempionatında, həm də Mühəndislər Kubokunda qalib gəlib.

Andrea Stella: “Biz McLaren Racing ailəsinin möhtəşəm nailiyyətini qeyd edirik və Lando Norrisin ilk çempionluğuna görə inanılmaz qürur hissi yaşayırıq.

Bu, ağır mövsümün fantastik nəticəsidir. Mövsüm bütün komandamızın ən yaxşı keyfiyyətlərini sınağa çəkdi və üzə çıxardı. Vokinqdə çalışan bütün əməkdaşlar 2024-cü ildəki uğurumuzdan sonra effektivliyi və məhsuldarlığı daha da artırmaq çağırışına cavab verdilər.

Hər mövsümdə yalnız bir çempion ola bilər, amma Lando və Oskarın dördqat dünya çempionu Maks Ferstappenlə birlikdə qələbə uğrunda mübarizə aparması bizim üçün hər zaman problem yox, iddialı bir hədəf olub. Təzyiq çox böyük idi, lakin biz bunu McLaren ruhu ilə etdik: çətinliklər yarananda belə öz ənənəmizə sadiq qaldıq, inanılmaz birlik göstərdik və bu uğurun komanda tərəfindən qazanılmasına görə çox sevinirəm.

Lando və Oskar həm trasda, həm də trasdan kənarda əla çıxış edərək, McLaren-in əsl dəyərlərini nümayiş etdirdilər. Birlikdə bizə 14 qələbə, 34 podium, Mühəndislər Kubokunda 10-cu titul və 1998-ci ilin əfsanəvi mövsümündən bəri ilk ikiqat titul qazandırdılar.

Bunların heç biri səhmdarlarımızın, tərəfdaşlarımızın, əməkdaşlarımızın, azarkeşlərimizin və uzunmüddətli tərəfdaşlarımız olan HHP kolleqalarının dəstəyi olmadan mümkün olmazdı. Onlar bu ilin uğurlu əməkdaşlığına böyük töhfə veriblər.

Bu yolda bizimlə olduğunuz üçün təşəkkür edirəm. Bu anı qeyd edəcəyik, daha sonra isə diqqətimizi 2026-cı ilin vəzifələrinə yönəldəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et