Mövsümün son yarışının startından əvvəl Zek Braun sakit görünməyə çalışsa da, əslində həm özü, həm də bütün komanda ciddi həyəcan keçirib. McLaren Racing-in icraçı direktoru finişdən sonra emosiyalarına sərbəstlik verib.
Zek Braun: “Komandamızla inanılmaz dərəcədə qürur duyuram, sürücülərimizlə də eyni dərəcədə qürur duyuram! Biz mövsümün sonuna qədər onların bir-biri ilə mübarizə aparmasına imkan verdik, baxmayaraq ki, çoxları belə yanaşma ilə titul qazanmağın mümkün olmayacağını düşünürdü. Amma Lando və Oskar sayəsində trasdakı mübarizə yalnız arzulaya biləcəyimiz səviyyədə oldu.
Hər iki sürücü ilboyu əla çıxış etdilər, bizim üçün heç nə asan olmadı. Maksı məğlub etmək çox çətindir, buna görə əldə etdiyimiz nəticə həqiqətən böyük nailiyyətdir. Ümumilikdə hamı bu uğura layiq idi. İndi isə tezliklə komandanın bazasına qayıdıb hamı ilə birlikdə bunu qeyd etmək istəyirəm!
Düşünürəm ki, qələbə məhz belə qazanılmalıdır, yarışlara yanaşma da belə olmalıdır. Vaxtilə (2016-cı ildə) titul uğrunda mübarizə aparan Niko Rosberg və Lyuis Həmilton da eyni vəziyyətdə idi və onların mübarizəsi son yarışa qədər davam edirdi.
Uğur anlarında da, uğursuzluq anlarında da əsl komanda işi nümunəsi göstərdiyimiz üçün hamımızla çox qürur duyuram. Çətinliklərin öhdəsindən yaxşı gəldik.
Oskarla bağlı deyə bilərəm ki, o, gələcək dünya çempionudur. Hər iki sürücümüz mövsüm ərzində yeddi qələbə qazanıb, əla performans göstərib və bir-birini dəstəkləyib. Formula 1 sərt idmandır: bəzən hər şey istədiyin kimi alınır, bəzən isə yox. Artıq səbirsizliklə gələn ili və bu iki sürücü ilə birlikdə necə mübarizə aparacağımızı gözləyirəm!”




Şərh əlavə et