Racing Bulls komandasının sürücüsü Liam Louson Oliver Bermanla mübarizə zamanı 8-ci və 9-cu döngələr arasında trayektoriyanı dəfələrlə dəyişdiyi üçün beş saniyəlik cərimə və bir cərimə balı alıb. Bununla da Lousonun 12 aylıq dövrdə toplam balı 6-ya çatıb.
Red Bull Racing komandasının sürücüsü Yuki Tsunoda da Lando Norrisin hücumlarından müdafiə olunarkən düz yolda bir neçə dəfə istiqamət dəyişdiyi və McLaren sürücüsünü trasdan kənara sıxdığı üçün beş saniyəlik cərimə və bir cərimə balı alıb. Tsunodanın topladığı ballar 8-ə yüksəlib.
Haas komandasının sürücüsü Oliver Berman 9-cu döngədən əvvəl düz yolda Ləns Strollun hücumlarına qarşı müdafiə olunarkən trayektoriyanı bir neçə dəfə dəyişdiyi üçün beş saniyəlik cərimə və bir cərimə balı alıb. Beləliklə, Bermanın cərimə balı 10-a çatıb.
Aston Martin komandasının sürücüsü Ləns Stroll isə 9-cu döngədən əvvəl Karlos Saynsın hücumlarına qarşı müdafiə olunarkən bir neçə dəfə istiqamət dəyişdiyi üçün beş saniyəlik cərimə və bir cərimə balı alıb. Strollun aktivində hazırda 6 cərimə balı olub.




Şərh əlavə et