Avstraliyalı sürücü mövsümün son yarışında ikinci yeri tutub və yeni dünya çempionu olan komanda yoldaşı Lando Norrisdən öndə finişə gəlib. Gənc sürücüsünün heç bir cəhətdən komanda yoldaşı Landodan geri qalmadığına heç kim şübhə etmir. Çoxları düşünür ki, onun da vaxtı gələcək. Bu mövsümdə o, çempionatda üçüncü yeri tutub, Lando isə açıqlamasında “Oskardan çox şey öyrəndiyini” səmimi şəkildə etiraf edib.
Oskar Piastri: “Bu gün yarışın nəticəsindən razı qaldım. Əlimizdən gələnin hamısını etdik, bir qədər riskli strategiya sınadıq, həm yarışı, həm də çempionatı qazanmaq üçün mümkün olan hər şeyi yoxladıq, amma sonda sadəcə tempimiz çatmadı. Yarış belə bir şeydir.
Lando ilə rəqabət etmək maraqlı və əyləncəli oldu. Bəlkə də kənardan belə görünmürdü. Bu il yarışmaqdan həqiqətən zövq aldım – düşünürəm ki, bunu hər ikimiz deyə bilərik, baxmayaraq ki, mən çempion ola bilmədim. Bu il mənə çox şey öyrədib və ümumən bu üç il ərzində hər yarış həftəsində Landodan nəsə öyrənmişəm. Lakin bilirəm ki, o da məndən öyrənib və bu məni sevindirir.
Qarşıda hələ çox mövsüm var və hər yarış həftəsində çox gərgin mübarizə aparmalı olacağıq, amma düşünürəm ki, məhz bu rəqabət bizim peşəkar baxımdan daha da inkişaf etməyimizə səbəb oldu.
Mövsüm ərzində hər şey qaydasında olanda elə gəlirdi ki, bizi heç nə dayandıra bilməz və çempionatı bu cür nəticələrlə bitirməyimiz əla oldu. Ancaq vəziyyətin tam əksinə olduğu məqamlar da çox olub və düşünürəm ki, həmin anlardan böyük dərs çıxarmışam, müxtəlif çətinliklərlə necə başa çıxmağı öyrənmişəm. Sonda isə özüm haqqında da xeyli yeni şey öyrəndiyimi düşünürəm və bunun gələcəkdə mənə kömək edəcəyinə əminəm”.




Şərh əlavə et