Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Mənim üçün fərqi yoxdur

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, rəqiblərinin titul uğrunda mübarizə aparması onun yanaşmasını dəyişməyəcək.

Əbu-Dabidə sıralanma turundan sonra Corc Rassel yaxşı əhval-ruhiyyədə olub, çünki o, 4-cü yer tutub. Komanda yoldaşı Kimi Antonelli isə ondan 10 pillə geridən – 14-cü yerdən start alacaq.

Corc Rassell: “Əhvalım digər yarışlardan heç fərqlənmir. Qarşımda start alan üç rəqibin nə qədər böyük oyun oynadığını bilirəm, amma mən sadəcə adi yarış kimi davranacağam.

Adi şəraitdə tempimiz bir az çatışmır, amma bu gün birinci döngədə yerimizi qorusaq, Maksın çox uzaqlaşacağını düşünmürəm. O zaman bəzi şanslar yarana bilər.

Mənim üçün bu, sadəcə növbəti yarışdır. Rəqiblərimi qabaqlamaq üçün imkan görsəm,  şansımı da əldən verməyəcəyəm, bu dəqiqdir.

Mövsümü podyumla bitirmək istəyirəm. Öz bildiyim kimi hərəkət edəcəm, riski nə artıracağam, nə də azaldacağam. Həmişəki kimi davranacağam”.

Kimi Antonelli: “Təbii ki, çox üzülürəm. İkinci sessiyada maşının arxa hissəsinin davranışı ilə böyük problemlər başladı, həqiqətən çətin oldu. Birinci sessiyada ikinciyə nisbətən daha sürətli idim və niyə belə olduğunu başa düşə bilmədim.

Sabah yarışın çətin keçəcəyi dəqiqdir, xüsusən də təkərlər çox tez köhnələcək. Amma mənim vəzifəm yarışı mümkün qədər yaxşı keçirmək və əlimdən gələni etməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et