İspaniyalı sürücü Əbu-Dabi Qran Prisinin sıralanma turunda altıncı yeri tutub və mövsümün yekununda komanda yoldaşı Ləns Stroll ilə hesabı 24-0 edib. Aston Martin Mühəndislər Kubokunda altıncı yer uğrunda mübarizəni davam etdirir və Alonso yarışda xal qazanacağına ümid edir.
Fernando Alonso: “Sıralanma turunda altıncı yerə görə çox sevindim. Bu qədər çox yavaş döngəsi olan trasda belə yüksək nəticə qazanmaq məni təəccübləndirdi. Amma aydındır ki, cümə günü etdiyimiz sazlanmalar yaxşı nəticə verdi. Ümid edirəm ki, bazar günü də bu tempimizi saxlayacağıq. Məqsədimiz mövsümün son yarışında vacib xallar qazanmaqdır.”
Ləns Stroll: “Sıralanma turu çox sıx keçdi və finala sessiyasını çıxmaq istəyirdim, amma 0.1 saniyə çatmadı. İkinci sessiyada 14-cü döngəni uğursuz keçdim və son dövrədə vaxt itirdim. Belə sıx mübarizədə hər detal önəm daşıyır. Bu gün yaxşı iş gördük, amma daha çoxunu gözləyirdim”.




Şərh əlavə et