Əbu Dabidə üçüncü sərbəst yürüşlərin sonunda Mercedes mexanikləri Kimi Antonellini pit yoluna buraxanda həmin anda oradan Yuki Tsunoda keçirmiş. Sürücülər bir-birlərilə təmas ediblər, Red Bull-un maşını zədələnib və Yuki sessiyanı tamamlaya bilməyib.
Hadisənin detallarını araşdıran Əbu-Dabi Qran Prisinin stüardları insidentdə Mercedes komandasının günahkar olduğunu müəyyənləşdiriblər və təhlükəsiz olmayan buraxılışa görə komandaya 10 min avro məbləğində pul cəriməsi tətbiq ediblər.




Şərh əlavə et