Xəbəri Kokpitdə Oxuyun!

Tsunoda cərimələnib

Red Bull komandasının sürücüsü Yuki Tsunoda rəsmi xəbərdarlıq alıb.

Üçüncü məşqdə baş verən insident – Yuki Tsunodanın 12-ci döngədən əvvəl trayektoriyada çox yavaş getməsi və Lando Norrisə mane olması  araşdırıldıqdan sonra Əbu-Dabi Qran Prisinin stüardları Red Bull Racing komandasını və yapon sürücünün günahkar sayıblar.

Komanda Tsunodanı arxadan daha sürətli maşının yaxınlaşdığı barədə xəbərdar etməyib, çünki onların hesablamasına görə Lando da yavaş dövrədə gedirmiş. Buna baxmayaraq, Tsunoda trayektoriyada bu qədər yavaş getməməli idi və buna görə rəsmi xəbərdarlıq alıb.

Rauf Hacıyev

Şərh əlavə et