Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Maraqlı yarış olacaq

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, sabah onları maraqlı yarış gözləyir.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Əbu Dabi yarışın üçüncü yerdən başlayacaq.

Oskar Piastri: “Düşünürəm ki, sıralanma pis alınmadı. Birinci sessiyada vurduğum dövrə sayəsində nəhayət lazımi ritmi tapdım. Bu məni sevindirdi, çünki həftəsonunun əvvəlindən bəri çatışmayan məhz bu idi. Açığı, finalda son dövrəm də kifayət qədər yaxşı oldu.

Çox daha yaxşı dövrə vurmaq çətin idi. Sadəcə bu gün kifayət qədər sürətli deyildik. Amma bu, sabahkı yarışın maraqlı keçəcəyinə işarədir. Qarşımdakı iki sürücü ilə qələbə uğrunda mübarizəyə qoşula biləcəyəmmi? Bunu sabah biləcəyik.

Bu həftəsonu yarış tempində Maks çox güclü idi və aydındır ki, sıralanma turunda da çox sürətlidir. Lakin sabah hansı temdə olacağımızı görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et