Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Nə edəcəyimi bilmirəm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, poulu qaçırdığına görə məyusdur.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü mövsümün son yarışı olan Əbu Dabiyə ikinci yerdən başlayacaq.

Lando Norris: “Çətin sıralanma turu idi. Deyim ki, Maks yaxşı iş gördü, onu təbrik etmək olar. Biz edə biləcəyimiz hər şeyi etdik.  Dövrəmin pis alınmadığını düşünürəm, ümumilikdə razıyam. Təbii ki, bu final həftəsonunda poul qazana bilmədiyimiz üçün məyusuq, amma sadəcə bu gün kifayət qədər sürətli deyildik.

Sabah daha yaxşı çıxış etməyə çalışmalıyıq, lakin necə hərəkət edəcəyimizi hələ bilmirəm. Vaxtı gələndə bunun barədə düşünəcəyəm, hələlik isə poulun əldən çıxmasına görə təəssüflənirəm. Buna baxmayaraq, sabahkı yarışı qazanmaq uğrunda mübarizə aparmağa köklənmişəm. Məqsədimiz bu olmalıdır”.

Rauf Hacıyev

Şərh əlavə et